“Layiqli qələbə qazandıq” – Kurban Berdıyev

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”ı qəbul edib.

Komanda.az xənər verir ki, 2:1 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistalı çalışdırıcı layiqli qələbə qazandıqlarını bildirib:

“Fikirləşirəm ki, layiqli qələbə qazandıq. Baxmayaraq ki, oyuna yaxşı başlaya bilmədik. İknci hissədə isə üstünüyü ələ alıb qalib gəldik.

İlk dəfə idi ki, qırmızı vərəqə alırdım. Bir neçə dəfə oyunçularıma qarşı açıq ayaqla oynayırdılar və hakim susurdu. Həmin anda emosiyalarıma hakim ola bilmədim. Yəqin ki, həmin epizodda elə davranmamalıydım.

Bu qələbədən sonra güman edirəm, hər şey yaxşı olacaq. Mövsümün əvvəlindəki kimi çıxış edəcəyik.

Taktikanı dəyişdik. Dördlü müdafiə sisteminə keçdik. Jo Batistanı önə buraxdıq. Gördük ki, işə yaradı. Biz heç kimdən asılı olmaq istəmirik. Öz oyunumuza köklənirik. Hər oyuna eyni qaydada hazırlaşırıq”.

“Turan Tovuz” növbəti turda səfərdə “Araz-Naxçıvan”la qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button