“Layiqli qələbə qazandıq”

“Rəqibin güclü, zəif tərəflərini bilirdik və layiqli qələbə qazandıq”.

Komanda.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev “Lənkəran”a 87:73 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.

Mütəxəssis maraqlı matça şahidlik etdiklərini bildirib:

“Kubokda fərqli limit səbəbindən sistem tamamilə dəyişir. Çətin idi. Amma düşünürəm ki, oyun maraqlı alındı. Uşaqlar hər şeyi düzgün etdilər. Kubokun 1/4 finalında bizi “Şəki”yə qarşı görüş gözləyir. Çox güclü rəqibdir. Turnir cədvəli də bunu sübut edir. Onlar öz qruplarında liderlik edirlər. Çətin olacaq. Amma bu matça hazır olacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button