
“Layiq olduğumuz məğlubiyyət idi” – Alleqri
“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 18-ci turunun “Napoli” ilə matçından sonra (1:5) açıqlama verib.
Komanda.az “tuttomercatoweb”-ə istinadən xəbər verir ki, o, “qoca sinyora”nın məğlubiyyətə layiq olduğunu bildirib:
“Öncə “Napoli”yə hörmət etməliyik. Layiq olduğumuz məğlubiyyət idi. Ardıcıl 8 qələbədən sonra gələn məğlubiyyət. Biz yolumuza davam edirik”.
Neapollular 47 xalla İtaliya A Seriyasının turnir cədvəlinə başçılıq edir. Turin təmsilçisi isə 37 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin