Lavalla Buqrin “Neftçi”dən gedir? – Özləri açıqladı

“Neftçi”nin futbolçuları Yusuf Laval və Sabir Buqrin komandadan gedəcəkləri barədə yayılan xəbərlərə münasibət bildiriblər.

Komanda.az xəbər verir ki, hər iki oyunçu klubun rəsmi televiziyasına açıqlamasında iddiaların doğru olmadığını söyləyib.

Laval “ağ-qaralar”da özünü çox xoşbəxt hiss etdiyini deyib. 23 yaşlı yarımmüdafiəçi heç vaxt heç kimə komandadan ayrılacağı ilə bağlı bir söz demədiyini diqqətə çatdırıb:

“Bunların hamısı sadəcə, şayiədir. Təkrar edirəm: Mən “Neftçi”də özümü yaxşı hiss edirəm. Klubla hələ bir illik müqaviləm var. Həm də burda oynamaq mənim üçün qürurvericidir”.

Digər yarımmüdafiəçi Buqrin də özünü paytaxt təmsilçisində xoşbəxt hiss etdiyini vurğulayıb:

“Hələlik mövsümün sonunadək “Neftçi” ilə müqaviləm qüvvədədir. Bütün düşüncələrim, fikirlərim bu kollektivlə bağlıdır. Bu mövsüm də komanda ilə birlikdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Gələcək haqqında danışmağı isə o qədər də xoşlamıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button