Lautaro Martinesdən qeyri-etik jest edən qapıçıya dəstək

“İnter”in və Argentina millisinin hücumçusu Lautaro Martines davranışı ilə tənqid olunan yığmanın qapıçısı Emiliano Martinesə dəstək olub.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, o, Martinesi dəstəklədiyini bildirib:

“Onun rəqiblərlə danışıq tərzi… Mən onu dəstəkləyirəm. Və onun xilas edilmiş penaltiləri qeyd etmə tərzi… Hücumçu qolu bayram edə bilər, qapıçı niyə bayram edə bilmir? Bu mənə qarşı edilməyib, amma mən Emilianonu dəstəkləyirəm. O, qeyri-adi heç nə etmir”.

Argentina millisi finalda penaltilər seriyasında Fransaya qalib gələrək, DÇ-2022-nin qalibi olub. Emiliano Martines mundialın ən yaxşı qapıçısı kimi mükafatlandırılıb. O, final matçından sonrakı mərasimdə əlindəki mükafatla qeyri-etik jest göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button