Latviya millisinin 4 futbolçusu Azərbaycanla oyunda olmayacaq – heyət
Latviya millisinin 4 futbolçusu Küveyt və Azərbaycana qarşı keçirəcəkləri yoxlama oyunlarını buraxacaq.
Komanda.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Niderlandın “Kambur” klubunda çıxış edən Robert Uldrik səhhətindəki problemə görə, Çexiya “Yablonets”indən Davis İkaunieks və RFS komandasından Artur Zyuzin zədə səbəbindən dəvət almayıb.
Əvəzində Polşa “Yagelloniya”sından qapıçı Pavel Steinbor, “Lexiya”dan (Qdansk) Krister Tober və Finlandiyanın “Kuopio Palloseura” klubundan Yanis İkaunyek sıraya dönüb. İrlandiya “Dandolk”undakı Raivya Andra Jurkovskanın çağırılmama səbəbi açıqlanmayıb.
Bundan əlavə, “Valmiera”dan Daniel Balodis və Emil Birka ilk dəfə əsas komandaya dəvət alıb.
Latviya yığması martın 25-də Küveytlə, martın 29-da Azərbaycan millisi ilə üz-üzə gələcək. Hər iki oyun Maltada keçiriləcək.
Latviya yığmasının baş məşqçi Deinis Kazakeviç bu oyunlara 24 futbolçu dəvət edib:
Pavel Şteinbor (“Yagelloniya”, Polşa), Robert Ozol, Antoni Çernomordi, Vladimir Kameş (hamısı “Riqa”), Rixard Matreviç, Emil Birka, Daniel Balodi, Alvis Yaunzem, Raymond Krolli (hamısı “Valmiera”), Marçis Oş (“Spartak”, Yurmala), Kaspar Dubra, Vladislav Sorokin, Renar Varslavan (hamısı RFS), İqor Tarasov (“Etnikos”, Kipr), Robert Savalnyek, Kriş Karklin, Martin Ķiqur (hamısı “Liepaya”), Eduard Emsi (“Laxti”, Finlandiya), Andrey Çiqaņik (“Dunayska”, Slovakiya), Aleksey Savelyev (“Auda”), Krister Tober (“Lexiya”, Polşa), Daniel Ontuzan(“Frayburq” II, Almaniya), Yanis İkauniek (“KuPS”, Finlandiya), Vladislav Qutkovski (“Rakuv”, Polşa).
Bizi Facebook-da izləyin