Latviya klubunda daha bir azərbaycanlı futbolçu
Latviyanın “Dauqavpils” klubu heyətinə daha bir azərbaycanlı futbolçu cəlb edib.
Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin futbolçusu Əli Şirinov sözügedən kluba transfer olunub.
“Dauqavpils” Latviya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Spartak”la qarşılaşmada Əlinin da adını iştirak ərizəsinə daxil edib. Amma futbolçumuz həmin qarşılaşmada debüt şansı qazanmayıb və sonadək ehtiyatda qalıb. Yeri gəlmişkən, gənc müdafiəçinin yeni komandası bu qarşılaşmadan 1:0 hesabıyla qalib ayrılmaqla 1/4 finala yüksəlib.
Qeyd edək ki, “Dauqavpils”də digər azərbaycanlı futbolçu Tural Bayramlı da çıxış edir. Amma o, zədə səbəbindən son oyunlarda komandasına kömək edə bilmir.
“Dauqavpils”də daha öncə millimizin sabiq forvardı Vüqar Əsgərovla Elvin Sərkərov da çıxış edirdi. Vüqar bir neçə gün əvvəl Latviyanın digər klubu “Liepaya”ya transfer olundusa, Elvin ondan xeyli müddət öncə, zədə səbəbindən “Dauqavpils”lə yollarını ayırıb.
Bizi Facebook-da izləyin