“Latsio”nun hədəfində olan futbolçu “Yuventus”dan ayrılır
“Yuventus”un futbolçusu Mario Mancukiç Turin təmsilçisindən ayrılmağa hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora”nın yeni baş məşqçisi Mauritsio Sarrinin planlarında yer almayan xorvat hücumçu, klubdan ayrılmağa yaxındır.
Bundan başqa, A Seriyasında mübarizə aparan “Latsio” 33 yaşlı futbolçu üçün hərəkətə keçib. Futbolçunun 4 milyon avro məvacib tələbində güzəştə gedəcəyi halda, bu transfer yaxın günlərdə gerçəkləşə bilər.
“Yuventus”la 2021-ci ilədək müqaviləsi olan Mancukiç, son mövsümdə iştirak etdiyi 33 oyunda 10 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin