“Latsio”nun futbolçusundan “Barselona” ilə bağlı açıqlama
İtaliyanın “Latsio” klubunun müdafiəçisi Luis Felipe açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, adı “Barselona” ilə yanaşı çəkilən 23 yaşlı futbolçu, məsələylə bağlı bunları deyib:
“Barselona”nın mənə maraq göstərməsindən məmnunam. Onların mənimlə maraqlanması məni həyəcanlandırır, çünki bu, işimi yaxşı gördüyümü və böyük klubların məni izlədiyini göstərir. Amma məni tanıyan hər kəs bu məsələlərə münasibətimi bilir. Klubların marağının olması məni narahat etmir. Bundan sonra da ilk gündən mənə inanan və dəstəkləyən “Latsio” üçün oynamağa davam etmək istəyirəm”.
2016-cı ildən “Latsio”da çıxış edən Felipenin klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin