“Real” serbiyalı üçün 70 milyon avro ödəməyə hazırdır
“Latsio”nun futbolçusu Sergey Milinkoviç-Saviç yayda klubunu dəyişə bilər.
Komanda.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə “Real” yaxından maraqlanır. Bu barədə “Don Balon” nəşri məlumat yayıb. Xəbərdə, “kral klubu”nun Sergey üçün 70 milyon avro ödəməyə hazır olduğu bildirilib.
“Latsio” ilə 2024-cü ilə qədər müqaviləsi olan futbolçu Serbiya milli komandasının da üzvüdür. Milinkoviç-Saviç bu mövsüm İtaliya A Seriyasında 23 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin