“Latsio”dan Səudiyyə Ərəbistanı klubuna 40 milyonluq transfer

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu daha bir ulduz futbolçu transfer edib.

Komanda.az xəbər verir ki, sözügedən klub “Latsio”nun serb yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer edib.

28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün “Əl-Hilal” İtaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Serbiyalı oyunçu yeni klubunda ilinə 20 milyon avro qazanacaq.

Saviç 2015-ci ildən “Latsio”da oynayırdı. “Əl-Hilal” daha öncə Ruben Neves və Xalidu Kulibali kimi oyunçuları da transfer etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button