
“Latsio” yapon futbolçu ilə razılığa gəlib
“Latsio”nun yarımmüdafiəçisi Daiti Kamada klubla müqaviləsini uzadacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq şifahi razılığa gəliblər.
Daha əvvəl 27 yaşlı yaponiyalı futbolçunun “Kristal Pelas”dan təklif aldığı bildirilmişdi.
Kamada ötən mövsüm 38 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin