“Atalanta”dan darmadağın
Futbol üzrə İtaliya A Seriyasında 27-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış matçında çempionatın lideri “Milan” “Udineze”ni sınağa çəkib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Son 3 turda qalibiyyət tanımayan “İnter” liderdən uzaq düşməmək üçün “Cenoa” səfərindən 3 xalla qayıtmağa çalışıb. Lakin bu oyun da heç-heçə bitib.
Şənbə günü üç qarşılaşma baş tutub. “Salernitana” – “Bolonya” matçında qalib müəyyənləşməyib. “Fiorentina” isə səfərdə “Sassuolo”ya uduzub. Beş qolun qeydə alındığı “Empoli” – “Yuventus” matçında Turin təmsilçisi qələbə qazanıb.
Bazar günü daha dörd qarşılaşma baş tutub. “Torino” evində “Kalyari”yə məğlub olub. “Verona” isə “Venetsiya”nı məğlub yola salıb. Səfərdə “Spetsiya” ilə qarşılaşan “Roma” da turu qələbə ilə başa vurub.
Turun diqqətçəkən matçlarından biri də Romada oynanılıb. Burada “Latsio” və “Napoli” münasibətlərinə aydınlıq gətiriblər. Üç qolun qeydə alındığı bu oyunda da qonaqlar çətin qələbəyə seviniblər.
Sonuncu oyun günündə “Atalanta” doğma meydanda “Sampdoriya”nı 4 cavabsız qolla məğlub edib.
İtaliya A Seriyası, 27-ci tur
25 fevral
Milan – Udineze 1:1
Qol: Leao, 29 – Udoqye, 66.
Cenoa – İnter 0:0
26 fevral
Salernitana – Bolonya 1:1
Qol: Zortea, 72 – Arnautoviç, 43.
Empoli – Yuventus 2:3
Qol: Jurkovski, 40. Mantiya, 76 – Kin, 32. Vlahoviç, 45+2; 66.
Sassuolo – Fiorentina 2:1
Qol: Traore, 19. Defrel, 90+4 – Kabral, 88.
27 fevral
Torino – Kalyari 1:2
Qol: Belotti, 54 – Bellanova, 21. Delola, 62.
Verona – Venetsiya 3:1
Qol: Simeone, 54; 63; 88 – Okereke, 81.
Spetsiya – Roma 0:1
Qol: T.Abraham, 90+9-pen.
Latsio – Napoli 1:2
Qol: Pedro, 88 – İnsinye, 62. F.Ruis, 90+4.
28 fevral
Atalanta – Sampdoriya 4:0
Qol: Paşaliç, 6. Koopmeyners, 29; 61. Mirançuk, 86.
Bombardir: Çiro İmmobile (Latsio) – 19 qol.
Bizi Facebook-da izləyin