Sarri keçmiş klubuna qayıtmağa yaxındır

“Latsio” sabiq baş məşqçisi Mauritsio Sarri ilə yenidən əməkdaşlıq imkanını nəzərdən keçirir.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssisə illik 2,8 milyon avro məvacib olmaqla iki illik müqavilə təklif olunub. Sözləşmədə əlavə bonusların da nəzərdə tutulduğu qeyd olunur.

Artıq danışıqlar başlayıb. Klubun idman direktoru Anjelo Fabiani Sarri tərəfi ilə görüş keçirib. Bununla belə, təcrübəli çalışdırıcıya yalnız “Latsio” deyil, həm də “Atalanta” maraq göstərir.

Sarri 2021-ci ildən 2024-cü ilin martına qədər “Latsio”ya rəhbərlik edib. Komanda ötən A Seriyası mövsümünü 65 xalla turnir cədvəlinin 7-ci pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button