“Latsio” rəhbərliyi onu istəyir
İcarə əsasında “Yuventus”da çıxış edən PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes karyerasını “Latsio” klubunda davam etdirə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib. Paytaxt klubunun rəhbərliyi argentinalını heyətdə görmək istəyir.
Paredes 2019-cu ilin yanvarında Rusiya “Zenit”indən Fransa klubuna keçib. Onun PSJ ilə sözləşməsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin