“Latsio” “Milan”ın futbolçusuna “elçi düşdü”
İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Latsio” “Milan”ın müdafiəçisi Alessio Romanyolini transfer etmək niyyətindədir. “Latsio”nun prezidenti Klaudio Lotito 27 yaşlı italiyalı müdafiəçinin agentləri ilə iki dəfə görüşüb. Roma təmsilçisi futbolçuya illik 3,2 milyon avro maaş olmaqla 5 illik müqavilə təklif edir.
Romanyoli cari mövsümdə “Milan”ın heyətində 25 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin