
“İnter”in futbolçusuna 3 illik müqavilə təklifi
“Latsio” “İnter”in yarımmüdafiəçisi Matias Vesino ilə maraqlanır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Roma klubu 30 yaşlı uruqvaylı futbolçuya 3 illik müqavilə təklif edir.
Vesino cari mövsümdə “İnter”in heyətində 22 matçda 1 qol vurub. Onun “İnter”lə müqaviləsi 2022-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin