
“Latsio” azarkeşləri klub prezidentinə qarşı “üsyan”a başlayıb
“Latsio”nun azarkeşləri klubun prezidenti Klaudio Lotitoya qarşı yürüş ediblər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yürüş Milanın mərkəzindən başlayıb. Azarkeşlər 68 yaşlı funksioneri 2004-cü ildən idarə etdiyi klubu tərk etməyə məcbur etmək istəyirlər. Nümayişçilərin plakatlarında “Onu siyasətçilər təyin edib, siyasətçilər uzaqlaşdırmalıdır” kimi şüarlar yazılıb.
Azarkeşlər nəhayət, Kapitoliyada dinlənilib və onlar böyük tədbirlər, idman, turizm, moda üzrə məsləhətçi Alessandro Onorato tərəfindən qəbul edilib. Aksiya iştirakçılarının məmurla nəyi müzakirə etdiyi məlum deyil.
“Latsio” 2024/2025 mövsümündə A Seriyasının turnir cədvəlində 7-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



