“Latsio” Almaniya millisinin üzvü ilə maraqlanır

“Latsio” “Union”un (Berlin) və Almaniya millisinin müdafiəçisi Robin Qosenslə maraqlanır.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, futbolçu ilə daha bir neçə klub maraqlansa da, onların adları açıqlanmayıb. Hələlik heç bir klubla razılaşma olmasa da, yayda transfer mümkündür. Əvvəlcə “Union”la danışıqlar aparılacaq.

Qosens 2023-cü ilin yayından “Union”da oynayır. Futbolçu bu mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button