Larsson yenidən baş məşqçi təyin olundu
Futbol üzrə İsveç yığmasının əfsanəvi hücumçusu Henrik Larsson “Helsinqborq” klubuna baş məşqçi təyin olunub.
Komanda.az xəbər verir ki, bu barədə İsveç klubunun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqavilə imzalayıblar.
Vaxtilə “Barselona”, “Mançester Yunayted” və “Seltik” kimi klublarda da çıxış etmiş Larsson, “Helsinqborq”u 2015-2016-cı illər aralığında da çalışdırıb.
Sözügedən komanda cari mövsümdə 12 turdan sonra cəmi 10 xalla 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin