
Larsson həmyerlisini “Barselona”ya təklif edib
“Barselona”da Ronald Kumanın köməkçisi olmuş, komandanın sabiq hücumçusu Henrik Larsson keçmişdə klubun diqqətini həmyerlisi Aleksander İsaka yönəltməyə çalışdığını xatırladıb.
İsveçli mütəxəssis Kataloniya klubunda 2020–ci ilin avqustundan 2021-ci illin oktyabrına kimi çalışıb.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Larsson rəhbərliyə İsakı “Real Sosyedad”da çıxış etdiyi dövrdə tövsiyə edib:
“Barselona”da işləyərkən mənə maraqlı hücumçuların siyahısını hazırlamaq tapşırıldı. Mən ora İsakı da daxil etdim. Siyahıda həmçinin, Robert Levandovski də var idi”.
Levandovski 2022-ci ilin yayında, Xavi Hernandesin dönəmində “Barselona”ya transfer olunub. İsakın transferi isə mümkün olmayıb. 25 yaşlı hücumçu bu ilin yayında “Nyukasl”dan “Liverpul”a 145 milyon avroya keçib.
Bizi Facebook-da izləyin



