
“Larne” Konfrans Liqasında növbəti mərhələyə adladı
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmalarına start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.
Latviyada “Auda” və “Larne” qarşılaşıblar. Komandalar ilk oyunda olduğu kimi bu dəfə də qalibi müəyyən etməyiblər. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb. Yekunda qalib penalti seriyasında müəyyənləşib və daha dəqiq olan Şimali İrlandiya təmsilçisi mərhələ adlayıb.
Konfrans Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
16 iyul
Auda (Latviya) – Larne (Şimali İrlandiya) – 2:2 (pen. 2:4)
İlk oyun: 0:0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin