
Tanınmış futbolçu ortada qalıb
İspaniyalı müdafiəçi Emerik Laport Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun çempionat və ölkə kuboku üçün iştirak ərizəsinə daxil edilməyib.
Komanda.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
“Əl-Nəsr”in legioner limiti artıq dolub və Laportun adı siyahıya salınmayıb. Onun “Atletik”ə keçidi gözlənilirdi. Ancaq “Əl-Nəsr” tərəfinin gecikməsi səbəbindən transfer baş tutmayıb.
Laport indiyədək Səudiyyə Ərəbistanı klubunun heyətində 69 oyun keçirib, 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



