“Əl-Nəsr”in müdafiəçisi “Real”a keçməkdən imtina edib
“Əl-Nəsr”in müdafiəçisi Emerik Laport “Real”a keçməkdən imtina edib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki bu, Madrid klubu ispaniyalı futbolçuya onu zədəli müdafiəçisi David Alabanın əvəzləyicisi kimi görərək müqavilə təklif edib.
“Real” mövsümün sonuna qədər Laportu icarəyə götürmək niyyətində olub, lakin oyunçudan və Səudiyyə Ərəbistanı klubundan rədd cavabı alıb.
Müdafiəçi 2023-cü ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib. O, bu mövsüm 20 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin