
“Messinin “Barselona”ya qayıtmaq fikri yoxdur”
“İnter Mayami”nin hücumçusu Lionel Messi söz-söhbətlərə baxmayaraq, çətin ki, “Barselona”ya qayıtsın.
Argentinalı futbolçunun “İnter Mayami” ilə müqaviləsi bu ilin sonunda başa çatacaq və media tez-tez onun Kataloniya klubunun sıralarına mümkün qayıdışından danışır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tanınmış jurnalist Gilyam Balaquya görə, Messinin yenidən “Barselona”ya qayıtmaq ehtimalı çox azdır:
“Messinin “Barselona”ya qayıtmaq fikri yoxdur. Mən deyərdim ki, Xuan Laporta klubun prezidenti olaraq qaldığı müddətdə bu mümkün deyil. Tamamilə mümkündür ki, “İnter Mayami” onu qalmağa razı salsın”.
Lionel Messi 2021-ci ildə “Barsa”dan ayrılıb, daha sonra PSJ-yə keçib. O, 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir.
Bizi Facebook-da izləyin