Laportadan Xaviyə: “Başa düşürəm ki, getməyin daha yaxşı olardı”

“Barselona”nın prezidenti Xuan Laportanın baş məşqçi Xavi Ernandesə istefaya göndərildiyini bildirərkən ona nə dediyi məlum olub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Xavi bazar ertəsi Laportaya xəstəxanada baş çəkib. “Barsa”nın prezidenti ağ ciyər iltihabına görə xəstəxanaya yerləşdirilib. Mənbənin sözlərinə görə, Laporta Xaviyə belə deyib:

“Mən emosiyaları rəhbər tutsaydım, sən “Barselona”nın baş məşqçisi olaraq qalardın. Amma məntiqlə başa düşürəm ki, getməyin daha yaxşı olardı”.

Xatırladaq ki, Hans-Diter Flik gələn mövsümdən “Barselona”nın yeni baş məşqçisi olacaq.

Xavinin istefaya göndərilməsi dünən rəsmən açıqlanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button