
“Yamal dahidir” – Klub prezidenti
“Barselona”nın prezidenti Xuan Laporta komandanın hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, Laporta, ispaniyalı vingeri “dahi” adlandırıb:
“Yamal dahidir. Onu dəstəkləmək, ən yaxşı məsləhətləri vermək lazımdır. Yaşına baxmayaraq, həmyaşıdlarından çox daha yetkindir. Çünki artıq çox şey yaşayıb. Bu qədər tanınmışlıq bəzən təzyiq yarada bilər, amma o buna tab gətirir. 18 yaşındadır, hər məşqdə iştirak edir və həkimlərin tövsiyələrinə əməl edir. Əsas məsələ ona dəstək olmaqdır. O da səhvlər edəcək, hamı kimi – bəlkə də, daha çox, çünki hələ gəncdir. Amma bu uşağı sevməmək mümkün deyil”.
İddiaya görə, Yamal “Barselona”nın son məşqini sərxoşluq səbəbindən buraxıb.
Bizi Facebook-da izləyin



