“Hələ də Xavini növbəti mövsümdə saxlamağa ümid edirəm” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin gələn mövsüm komandada qala biləcəyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ispaniyalı məşqçinin komandadan getməyəcəyinə ümid edir:
“Xavi israr edir ki, fikrini dəyişməyəcək və iyunda gedəcək, amma… Görəcəyik. Mən hələ də onu növbəti mövsümdə saxlamağa ümid edirəm. Lakin bu, yalnız ondan asılıdır”.
Xavi daha əvvəl 2023/24 mövsümünün sonunda “Barselona”nın baş məşqçisi postundan istefa verəcəyini açıqlayıb. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir.
“Barselona” La Liqada 29 turdan sonra 64 xalla ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin