Laporta “Real” haqda: “Onların oynadıqları ikili oyun səhvdir”
“Barselona”nın prezidenti Xuan Laporta “Real”ın prezidenti Florentino Peres haqqında danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, əzəli rəqibi haqda bunları deyib:
“Bu gün “Real”la yaxşı münasibətlərimiz yoxdur. Peres “Neqreyra işi”ndə iştirak edib və etdiyi iş səhvdir. Heç bir sübut olmasa da, istintaqın uzadılmasını xahiş etdi və heç nə tapmayacaqlar, çünki heç nə yoxdur. Sübut kimi təqdim edilən hesabatlar və videolarla texniki arbitraj məsləhəti aparılıb. Lakin sonra “Real” təmsilçiləri gəlib işi aktiv saxlamağa çalışırlar ki, onlar təbliğ etdikləri ideyaları, yəni “Barselona”nın hakimlərə təsir göstərməyə çalışması iddiasını davam etdirə bilsinlər. Düşünürəm ki, onların oynadıqları ikili oyun səhvdir”.
Daha əvvəl Kataloniya klubu İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyraya bir neçə il ərzində rüşvət verməkdə ittiham olunub.
Bizi Facebook-da izləyin