Laporta onların “Barselona”da qalmasını istəyir
“Barselona”nın prezidenti Xuan Laporta müdafiəçi Ronald Arauxo və yarımmüdafiəçi Frenki de Yonqla bağlı planları barədə qərar verib.
“Barselona”nın hər iki oyunçusunun müqavilələri 2026-cı ilin yayında başa çatacaq və yeni sözləşmə ilə bağlı danışıqlar o qədər də yaxşı getmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri, uruqvaylı və niderlandlı oyunçunun müqavilələrinin müddətini uzadıb “Barselona”da oynamağa davam etməsini istəyir.
Arauxo 2018-ci ildən klubun rənglərini təmsil edir. O, yayda aldığı zədə səbəbindən bu mövsüm hələ meydana çıxmayıb. De Yonq isə 2019-cu ildən bu klubda çıxış edir. O, cari mövsümdə 13 oyunda iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin