Laporta növbəti dəfə prezident seçkilərində iştirak edəcək

“Barselona”nın hazırkı prezidenti Xuan Laporta Kataloniya klubunun rəhbəri postuna 2026-cı ildə keçiriləcək növbəti seçkilərdə iştirak edəcəyini bildirib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, hazırkı heyətlə yoluna davam etmək istədiyini deyib:

“Hüquqi cəhətdən mən bunu edə bilərəm. Yenidən namizəd olmaq hüququm var. Nə qədər ki, bacarıram, mən bunu hazırkı idarə heyəti ilə birlikdə edəcəm və etmək istəyirəm. Çünki onlar çox çalışırlar və layihəyə sadiqdirlər”.

61 yaşlı funksioner sonuncu dəfə 2021-ci ildə “Barselona”nın prezidenti seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button