“Barselona”nın prezidenti məndən Qrinvud haqqında soruşdu”

“Xetafe”nin prezidenti Anxel Torres “Barselona”dakı həmkarı Xuan Laportanın komandanın hücumçusu Meyson Qrinvud haqqında məlumat istədiyini etiraf edib. 

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, Torres, “Barselona”nın prezidentinin ondan 22 yaşlı futbolçu ilə bağlı bəzi məlumatları aldığını bildirib:

“Barselona”nın prezidenti məndən Qrinvud haqqında soruşdu. Laporta bəzi məlumatlar aldı”.

Qrinvud “Xetafe”də icarə əsasında çıxış edir. O, “Mançester Yunayted”ə məxsusdur. Daha əvvəl bildirilirdi ki, “Mançester Yunayted” yayda Qrinvudla yollarını ayırmaq niyyətindədir.

İngilis futbolçu La Liqanın cari mövsümündə 8 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button