“Barselona”ya keçmək istəyən hər kəs mövsümün sonuna qədər gözləməlidir” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin mümkün əvəzlənməsi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, hazırda hansısa məşqçi ilə danışmadıqlarını bildirib:
“Mən Luis Enrikeni bəyənirəm, o, çox yaxşıdır. Lakin biz onunla və ya başqa məşqçi ilə danışmamışıq, çünki Xaviyə hörmət edirik. “Barselona”ya keçmək istəyən hər kəs mövsümün sonuna qədər gözləməlidir. Çünki biz Xavinin son qərarını gözləyəcəyik”.
Xavi daha əvvəl 2023/24 mövsümünün sonunda “Barselona”nın baş məşqçisi postundan istefa verəcəyini açıqlayıb. 44 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından komandaya rəhbərlik edir.
Kataloniya klubu La Liqada 29 turdan sonra 64 xalla ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin