“Barselona”nın prezidenti Messinin atası ilə nə danışıb?

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin keçidi ilə bağlı öncədən İspaniya La Liqası rəhbərliyindən icazə aldıqlarını söyləyib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, argentinalı futbolçunun həm də agenti olan atası ilə aralarında baş tutan görüş haqda da məlumat verib:

“İspaniya La Liqasından Messini transfer etməklə bağlı icazə almışdıq. Əvvəlki problemlərin yenidən baş verməsini istəmədik. Sonra Xorxe Messi (Lionel Messinin atası və agenti) yanıma gəldi. Dedi ki, Lionel “İnter Mayami”yə keçməklə bağlı qərar verib. Çünki o, Fransada çox çətin mövsümlər keçirib, təzyiqlərə məruz qalıb, Mayamidə daha sakit mövsüm keçirəcəyini düşünür. Eyni zamanda, Xorxe mənə futbolçunun milli komanda ilə bağlı fikirlərini dedi. Biz onun qərarlarına hörmətlə yanaşırıq”.

Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib.

O, 2023-cü ilin yayında PSJ-dən ABŞ-ın “İnter Mayami” klubuna keçib. MLS təmsilçisi iyulun 16-da onun təqdimat mərasimini keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button