Laporta “Barselona”da möhkəmlənə bilməyən futbolçunun satılmasını istəyir

“Barselona”nın prezidenti Xuan Laporta yarımmüdafiəçilərdən birini komandadan uzaqlaşdırmaq istəyir.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, klub rəhbəri ötən yay “Jirona”dan “Barselona”ya keçən yarımmüdafiəçi Oriol Romeunun 3,40 milyon avroya satılmasını istəyir.

Romeu mövsümə start heyətdə başlasa da, komandada möhkəmlənə bilmədi. O, Serxio Busketsin yerinə dəvət edilmişdi, lakin “Çelsi”nin keçmiş yarımmüdafiəçisi ümidləri doğrultmadı.

Romeunun klubla 2026-cı ilə qədər müqaviləsi olduğu üçün getməyə tələsmir.

Gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək “Jirona” futbolçunu geri qaytarmaqda maraqlıdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button