
Laporta: “Barselona” yüksək keyfiyyətli futbol oynayır”
“Barselona”nın prezidenti Xuan Laporta komandanın cari mövsümdəki çıxışını müsbət qiymətləndirir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın yüksək keyfiyyətli futbol oynadığını bildirib:
“Qoy azarkeşlər “Barsa”nın hər yarışda qələbə uğrunda mübarizə aparan komandasının olduğu bu andan həzz alsınlar. Komanda yüksək keyfiyyətli futbol oynayır. Bizim böyük məşqçimiz – Hans-Diter Flik var ki, oyunçuları ən yaxşı şəkildə idarə etməyi bilir. O, özü deyir ki, komandada əsas oyunçulara və əvəzedicilərə bölünmə yoxdur. Bu, bütün oyunçuları peşəkar komandaya çevirir.
Məşqçinin hər kəsə xəyal qurmağa icazə verildiyini deməsi xoşuma gəlir. Azarkeşlərimizi arzulamağa davam etməyə çağırıram.
Biz çox gərgin bir mövsüm keçiririk, bu müddət ərzində bir çox çətinliklərin öhdəsindən gəlməli olduq. Çox uğurlu mövsüm keçirmək potensialına malik komandamız var. Bundan ilk həzz alan isə məşqçimizdir. Biz ona və futbolçulara dəstək olmalıyıq, onlar buna layiqdirlər.
Oyunçular və baş məşqçi “Barsa”nı sevdiklərini və çox uğurlu bir mövsüm keçirmək istədiklərini nümayiş etdirirlər”.
Kataloniyalılar La Liqa cədvəlinə “Real”ı üç xal qabaqlayaraq başçılıq edir. Komanda İspaniya kubokunun finalında “Real”la qarşılaşacaq, UEFA Çempionlar Liqasının 1/4 finalında isə Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Almaniyalı baş məşqçi Flik “Barselona” ilə artıq mövsüm ərzində İspaniya superkubokunu qazanıb.
Bizi Facebook-da izləyin



