“Barselona”nın prezidenti “Real”ın hakimlərə təzyiq göstərdiyini iddia edir

“Barselona”nın prezidenti Xuan Laporta “Real”ın hakimlərə qarşı davranışından narazıdır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, klub prezidenti bu narazılığını bildirmək üçün hakimlər komitəsinin səlahiyyətlərini icra edən Pedro Roşa ilə əlaqə saxlayıb.

Laporta israrla bildirib ki, Madrid klubu televiziyası ispan hakimlərin oyundan sonrakı hərəkətlərini təhlil edərək onlara ciddi təzyiq göstərir.

Həmçinin Kataloniya klubunun prezidenti hakimlər korpusunu da “Real”ın təzyiqlərinə cavab vermədiyi üçün passivlikdə ittiham edib. Laporta xüsusilə də İspaniya La Liqasının 21-ci turunda “Real” – “Almeriya” (3:2) matçında hakimlərin ev sahiblərinin xeyrinə qərarlar verdiyini düşünür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button