
Laporta: “Hələ heç nəyə nail olmamışıq”
“Barselona”nın prezidenti Xuan Laporta komandanı və azarkeşləri həddən artıq həyəcanlanmamağa çağırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri hələ heç nəyə nail olmadıqlarını bildirib:
“Hələ heç nəyə nail olmamışıq. Biz qalib gəldiyimiz İspaniya superkuboku və komandamızın bu mövsüm göstərdiyi oyunla fəxr edirik, ancaq hədəflərə hələ çatmamışıq. Futbolda hər şey ola bilər”.
Hans-Diter Flikin komandası cari mövsümdə yaxşı nəticələr göstərir. Kataloniyalılar bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında Dortmund “Borussiyası” ilə qarşılaşacaq. İspaniyada baş tutan ilk oyun “Barselona”nın qələbəsi ilə yekunlaşıb – 4:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



