Laporta: “Bu çempionluq bütün “Barselona” tərəfdarlarınındır”

“Barselona”nın prezidenti Xuan Laporta komandanın La Liqa çempionluğunu qazanmasından sonra fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu uğurun tarixi olduğunu bildirib:

“Çox məmnunuq. Bu mövsüm tam haqlı olaraq “tarixi” adlandırıla bilər. Qarşılaşdığımız bütün çətinlikləri nəzərə alaraq futbolçulara təşəkkür etmək istəyirəm. Özlərini əla tərəfdən göstərdilər. Xarakterli, yüngül oyun sərgilədilər və bizə böyük emosiyalar bəxş etdilər. Bu komandaya aşiq olduq. Onlar klubun rənglərini hiss edən, “Barselona”nı sevən və ən yaxşısına layiq olan oyunçulardır”.

Laporta, həmçinin, baş məşqçi Hans-Diter Flikə və idman direktoru Dekuya da xüsusi təşəkkür edib:

“Bu uğurun əsas açarlarından biri baş məşqçidir. Deku da bu heyəti formalaşdırmaqda böyük rol oynayıb. O, bizi Hans-Diter Fliki baş məşqçi kimi gətirməyə inandırdı. Bildirdi ki, o, bu komanda ilə işləmək üçün ideal insandır. Bizdə əla futbolçular var və ona tam etibar edirik. Flik özünü peşəkar, ciddi, komandaya intizam ötürməyi bacaran biri kimi göstərdi. Tələbkardır, amma futbolçularla düzgün münasibət qurmağı da bilir”.

Klub prezidenti çempionluğu “Barselona”nın bütün tərəfdaşlarına həsr etdiklərini vurğulayıb:

“Bu, mənim əvvəlki prezidentlik dövrümdə rast gəlmədiyim çətinliklər və destabilizasiya cəhdlərinə baxmayaraq qazanılmış qələbədir. Bu çempionluq bütün “Barselona” tərəfdarlarınındır.”

“Barselona” 36-cı turda “Espanyol”u 2:0 hesabı ilə məğlub edərək, İspaniya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button