
Laporta: “Bu, “Barselona”nın gücünü təsdiqləyir”
“Barselona”nın prezidenti Xuan Laporta Dani Olmo və Pau Viktoru necə qeydiyyata aldırdığını açıqlayıb.
Komanda.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri mətbuat konfransında belə deyib:
“Biz oyunçularla müqavilə imzalamağa, Dani Olmo və Pau Viktoru qeydiyyatdan keçirməyə imkan verən 1:1 qaydasına qayıtdıq. Bu, “Barselona”nın gücünü təsdiqləyir və apokaliptik proqnozları təkzib edir”.
Yanvarın 8-də məlum olub ki, İspaniyanın Ali İdman Şurası digər klubların etirazına baxmayaraq, ispaniyalı futbolçuların La Liqa, İspaniya kuboku və İspaniya superkubokunun oyunlarında iştirakına müvəqqəti icazə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin