
Laporta: “Biz Xaviyə tamamilə güvənirik”
“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçi Xavinin gələcəyi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl ispaniyalı mütəxəssisin tutduğu vəzifədən uzaqlaşdırıla biləcəyi bildirilirdi. Laporta bu məlumatı təkzib edib:
“Biz Xaviyə tamamilə güvənirik”.
Xavinin Kataloniya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin iyun ayına qədərdir.
Hazırda “Barselona” İspaniya çempionatının turnir cədvəlində 35 xalla üçüncü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin