Laporta: “Barselona” ildə təxminən 950 milyon avro qazanır”

“Barselona”nın prezidenti Xuan Laporta Kataloniya təmsilçisinin hazırkı maliyyə vəziyyəti ilə bağlı açıqlama verib.

Komanda.az TV3-ə istinadən xəbər verir ki, o, klubun illik gəlirinin demək olar ki, 1 milyard avroya çatdığını bildirib:

“Hazırda “Barselona” ildə təxminən 950 milyon avro qazanır. Bu, demək olar ki, bir milyarddır. Əminik ki, birə-bir qaydasına (xərclərin gəlirlə nisbətinə dair maliyyə tələbi) riayət edə biləcəyik”.

“Barselona” 2024/25 mövsümündə İspaniya La Liqasının çempionluğunu vaxtından əvvəl təmin edib. Komanda 37 turun yekununda 85 xal toplayıb və ən yaxın izləyicisi “Real”ı 4 xal qabaqlayır. Hans-Diter Flikin yetirmələri bu mövsüm İspaniya kuboku və superkubokunun da qalibi olub.

Kataloniyalılar La Liqanın son turunda “Atletik”lə üz-üzə gələcəklər. Qarşılaşma mayın 25-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button