“Barselona”da Dembelenin müqaviləsi üçün son tarix yoxdur” – Laporta
“Barselona”nın prezidenti Xuan Laporta hücumçu Osman Dembele ilə danışıqların gedişindən danışıb.
Komanda.az xəbər verir ki, klub rəhnəri danışıqlarla bağlı bunları deyib:
“Barselona”da Dembelenin müqaviləsi üçün son tarix yoxdur. İndi hər iki tərəf nikbindir”.
Dembele ötən mövsüm kataloniyalıların heyətində 32 oyunda 2 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyunda bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin