Laportadan Uilyamsın “Barselona”ya mümkün transferi ilə bağlı açıqlama

“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in hücumçusu Niko Uilyamsın potensial transferindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti komandanın azarkeşləri ilə ünsiyyətdə olarkən bunu söyləyib:

“Biz bunu etməyə çalışacağıq”.

Daha əvvəl mətbuatda Kataloniya klubunun ispaniyalı futbolçunun transferi ilə bağlı “Atletik”lə aktiv danışıqlar apardığı bildirilib. Uilyamsın müqaviləsindəki sərbəstqalma bəndi 58 milyon avrodur.

22 yaşlı hücumçu 2023/24 mövsümündə bütün turnirlərdə 48 oyun keçirib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button