Son mövsümün ən yaxşı qapıçısı ilə yeni müqavilə – VİDEO

Fransanın “Lans” klubu qapıçısı Bris Samba ilə müqaviləni yeniləyib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samba ilə sözləşmənin müddəti 2028-ci ilə qədər uzadılıb.

Qolkiper keçən ilin yayında “Nottingem Forest”dən “Lans”a keçib. O, 2022/23 mövsümündə 37 oyuna çıxıb. Eyni zamanda, Samba başa çatan mövsümdə Liqa 1-də ən yaxşı qapıçı seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button