
“Lans” Liondan qələbə ilə döndü
Fransa Liqa 1-də 32-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Lill” – “Olimpik” (Marsel) matçında qalib müəyyənləşməyib. “Nant” evdə “Anje”yə, “Oser” “Havr”a, Lion “Olimpik”i “Lans”a uduzub, “Brest” də “Monpelye”ni xalsız yola salıb.
Hazırda PSJ 78 xalla vahid liderdir. Marsel “Olimpik”i 59, “Monako” 58, “Nitsa”, “Lill” və “Strasburq” 57, Lion “Olimpik”i 54 xal toplayıb.
Fransa Liqa 1
32-ci tur
2 may
Nitsa – Reyms 1:0
Qol: M.Sanson, 15.
3 may
Strasburq – PSJ 2:1
Qollar: L.Hernandes, 20-öz qapısına. Lemareşal, 45+3 – Barkola, 46.
Tuluza – Renn 2:1
Qollar: Qobo, 28. Donnum, 82 – Kalimuendo, 65.
Sent Etyen – Monako 1:3
Qollar: Davitaşvili, 65 – Akliuş, 2. Əl-Musrati, 68. Baloqun, 78.
4 may
Nant – Anje 0:1
Qol: Allevina, 52.
Oser – Havr 1:2
Qollar: Sinayoko, 62 – J.Junior, 79-öz qapısına. Sanqante, 90+2.
Brest – Monpelye 1:0
Qol: Del Kastilyo, 15.
Olimpik (Lion) – Lans 1:2
Qollar: Mikautadze, 79 – Koyalipu, 21. Zaruri, 85.
Lill – Olimpik (Marsel) 1:1
Qollar: Pardo, 74 – Quiri, 57.
Bizi Facebook-da izləyin