
Lanqle keçmiş klubuna qayıda bilər
“Barselona”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Sevilya”da davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Lanqle icarə əsasında “Sevilya”ya keçə bilər, çünki onun tam transferi mümkün deyil.
Futbolçunun keçmiş klubuna qayıtmağa hazır olduğu, “Sevilya”nın müdafiədə problem yaşadığı qeyd edilir.
Lanqle 2018-ci ildə “Sevilya”dan “Barselona”ya keçib. Onun katalonlarla hazırkı müqaviləsi 2026-cı ilə qədərdir. Ümumilikdə o, İspaniya klubunda 73 oyun keçirib, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin