“Atletiko” Lanqle ilə müqavilə bağlamaq istəyir – Bir şərtlə

“Atletiko” fransalı müdafiəçi Kleman Lanqlenin komandada qalmasında maraqlıdır, amma şərtlər sərtdir.

Madrid klubu “Barselona”dan icarəyə götürdüyü futbolçunun maaşını yüksək hesab etdiyindən, müqaviləsinin müddətini uzatmaq istəmir.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Atletiko” Lanqle ilə yalnız azad agent kimi müqavilə bağlamağa hazırdır. Bu isə o deməkdir ki, 29 yaşlı futbolçu “Barselona” ilə müqaviləsini pozmalı və maaşının azaldılmasını qəbul etməlidir.

“Atletiko” tezliklə Klublararası dünya çempionatında mübarizəyə başlayacaq. Dieqo Simeonenin komandası ilk turda iyunun 15-də PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button