Tanınmış futbolçu özünə klub axtarır

Argentinalı yarımmüdafiəçi Erik Lamela özünə yeni klub axtarır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçuya hələlik konkret təklif yoxdur.

Argentinalı futbolçu keçən yaydan azad agentdir. Onun son komandası İspaniyanın “Sevilya” klubu olub.

Lamela ötən mövsüm La Liqada 12 oyun keçirib, 2 qol vurub və 3 sarı vərəqə alıb. Onun karyerasını davam etdirmək üçün mümkün variantlar arasında MLS və Səudiyyə Ərəbistanı var. Lamelanın Argentinaya qayıtması da mümkündür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button