Lakazett “Lion”dan təklif gözləyir

“Arsenal”ın hücumçusu Aleksandr Lakazett yay transfer pəncərəsi zamanı klubunu dəyişə biləcəyini açıqlayıb. 

Komanda.az “Canal plus”-a istinadən xəbər verir ki, fransalı futbolçu, bir çox klubla danışıqlara başladığını söyləyib:

“Bir çox klubla danışıqlar aparıram və “Lion”dan gələ biləcək təkliflərə də açığam. Klubdan ayrılandan bəri ildə bir və ya iki dəfə ora baş çəkirəm. Bu klubla çox yaxınıq. “Lion”da bilirlər ki, mən yayda azad olacam. Avropada oynamaq istəyirəm. Uzun müddətdir Çempionlar Liqasında oynamıram, darıxıram”.

Lakazett 2010-2017-ci illərdə “Lion”da çıxış edib. Onun “Arsenal”la müqaviləsi cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button